"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubdan getməyə yaxındır.
“İki sahil” xəbər verir ki, 62 yaşlı portuqaliyalı Londonda "Fənərbağça"nın prezidenti Ali Koç ilə görüşüb və potensial müqavilənin ləğvini müzakirə edib. Mourinyo güzəştə getməyəcəyini və yalnız müqaviləsinin sonuna qədər məşqçiyə verilməli olan 15 milyon avronun ödəniləcəyi təqdirdə ayrılmağa razılaşacağını açıqlayıb.
Xatırladaq ki, Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Türkiyə çempionatını ikinci pillədə başa vurub.