“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan Azərbaycana gətirilib.
“İki sahil” bu barədə ASCO-ya istinadla xəbər verir.
Məlumata əsasən, qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak ediblər. Üç gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO