Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin, sabitliyin və inkişafın əsasını qoymuş bir tarixdir. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz qaranlıq və xaos dolu bir dövrdən çıxaraq sabitlik, əmin-amanlıq və tərəqqi yoluna qədəm qoydu.
1990-cı illərin əvvəllərində ölkəmiz müstəqilliyini yenicə qazanmışdı, lakin daxili siyasi qarşıdurmalar, idarəetmə böhranı, separatçılıq və Qarabağda gedən müharibə vəziyyəti ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq çarəni Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü. Məhz bu çağırışla xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək xilaskarlıq missiyasına başladı.
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, ordu quruculuğuna, iqtisadi islahatlara və beynəlxalq əlaqələrin inkişafına zəmin yaratdı. Bugünkü müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz o dövrün düzgün siyasi qərarları dayanır.
1993-cü ildə Azərbaycan tarixi bir seçim qarşısında qaldı. Xalqın tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun yenidən rəhbərliyə gəlməsi ölkədə sabitliyin bərpa olunmasına, hüquqi dövlət quruculuğuna və beynəlxalq münasibətlərin möhkəmlənməsinə şərait yaratdı. Güclü liderliyi, siyasi iradəsi və zəngin idarəçilik təcrübəsi sayəsində
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı təkcə bir siyasətçinin deyil, həm də xalqın öz xilaskarına inamının və ehtiyacının təcəssümü idi. Bu gün də onun qoyduğu möhkəm təməllər üzərində müasir, güclü və sabit Azərbaycan qurulmaqdadır.
1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifəsindən istefa verdikdən sonra Azərbaycan siyasi və sosial baxımdan çətin bir dövrə qədəm qoydu. Onun uzaqlaşdırılması ilə ölkədə idarəetmə boşluğu yarandı, bu da milli hərəkatların güclənməsi və siyasi sabitliyin pozulmasına səbəb oldu.
1991-ci ildə müstəqillik əldə olunsa da, ölkədə siyasi təcrübənin olmaması, iqtisadi çətinliklər və Ermənistanla başlayan Qarabağ müharibəsi vəziyyəti daha da gərginləşdirdi. 1992-ci ildə Əbülfəz Elçibəyin prezident seçilməsi ilə yeni ümidlər yaransa da, onun dövründə də ölkədə sabitlik bərpa olunmadı. 1993-cü ilin iyununda Gəncədə baş verən qiyam nəticəsində Elçibəy Naxçıvana getdi və Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu. O, yeni Konstitusiyanın qəbulunu təmin etdi, dövlət qurumlarını gücləndirdi və iqtisadi islahatlara başladı. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan beynəlxalq enerji layihələrində iştirak etməyə başladı.
Azərbaycan qısa müddətdə parçalanma təhlükəsindən xilas oldu və inkişaf yoluna qədəm qoydu.
F.Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi