Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb və bu rəqəmi 6 min hektara çatdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.
"Bu mövsüm daha bir neçə hektar sahə hazırlanıb və artıq ilk məhsulu gözləyirik", - deyə o qeyd edib.
Bundan başqa, icraçı direktor qeyd edib ki, iki ölkə avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirir: "Artıq birgə müəssisəmiz 9 min ədəd "Chevrolet" markalı avtomobil istehsal edib. Bu, "Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərini gücləndirir".
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO