13 iyun 2025 11:54
177

Maliyyə Nazirliyində işçi qruplar yaradılıb - Azər Əmiraslanov

Maliyyə Nazirliyində büdcə sistemini və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplar yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar icasında bildirib.

Onun sözlərinə görə, işçi qruplar həm də büdcəyə dair parlament müzakirələrinin nəticələrini, Hesablama Palatasının təklif və tövsiyələrini nəzərdən keçirir.

"2024-cü ilin icra edilən büdcəsi dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı təminat yaradıb. Büdcə prosesi və onun təkmilləşdirilməsi davamlı xarakter daşıyır", - deyə deputat qeyd edib.