14 iyun 2025 15:55
133

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib.

“İki sahil” xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1470 kiloqram olan 6700 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.