Axşam saatlarında Şəki şəhərində yük boşaldan avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yük dolu nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 57 yaşlı Rizvan Cəlilovun ağır xəsarət alması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası göndərilib. Lakin həkimlər hadisə yerinə çatana kimi ölüm faktı qeydə alınıb.
Hadisə yerində rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin təhqiqat və müayinə aparıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılır.
AZƏRTAC
Qəhvəyi mərmər bağacığına qarşı Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib