Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Qəhvəyi mərmər bağacığına qarşı Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib