15 iyun 2025 17:33
136

Naxçıvanda mikroavtobus dərəyə aşıb - YARALANANLAR VAR

Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb.

Hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

NUHÇIXAN