15 iyun 2025 19:07
131

Fahrettin Altun Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü münasibətilə təbrik edib.

İki sahil” xəbər verir ki, “X” sosial şəbəkə hesabında paylaşdığı təbrikdə qeyd edib: “Sevimli Azərbaycanımızın Milli Qurtuluş Günü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycanla birlikdə həqiqətləri dünyaya eşitdirmək üçün gələcəyə əzmlə birlikdə addımlayacağımıza ürəkdən inanırıq.

Bu xoş gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmətimi, salamlarımı və sevgimi çatdırıram”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”