15 iyun 2025 23:15
129

Gəncədə orta yaşlı kişi güllələnərək öldürülüb

Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.

Məlumata görə, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

“Report”