16 iyun 2025 15:29
107

AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.

“İki sahil” AZAL-a istinadla xəbər verir ki, bunlar aşağıdakılardır:

• Bakı – Dammam – Bakı (J2 8205/8206)

• Bakı – Bəhreyn – Bakı (J2 505/506)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.