17 iyun 2025 12:23
100

Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək

İyunun 17-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında isə 15 metrədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda Aran rayonlarında 30, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.