17 iyun 2025 15:12
102

Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi...

Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi nə qədər müəllimin bunu bilməsini öyrənmək deyil.

“İki sahil” xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ də bucür sualları bilməyən müəllimlər var:

“Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır. Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.