17 iyun 2025 18:31
111

Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır.

“İki sahil” xəbər verir ki, layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərləri, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir. Kitabxanaların yaradılması məscidlərin sosial və mədəni funksiyalarını zənginləşdirməklə, onların yalnız dini ibadət yeri kimi deyil, eyni zamanda elm və maarifləndirmə məkanı kimi fəaliyyətini təbliğ edəcək.

Layihə 250 şəhər, qəsəbə və kənd məscidini əhatə edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Məscidlərə veriləcək kitablar elmin müxtəlif istiqamətləri, o cümlədən fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərləri və dini təyinatlı nəşrlərdən ibarət olacaq.