18 iyun 2025 08:55
93

Kəngərli kəndinə qayıdan sakin: 32 il bu günü gözləmişik

“Pis günlərimiz geridə qalıb, 32 il bu günü gözləmişik. Keçmiş məcburi köçkünlər sevinclə doğma yurdlarına qayıdırlar. Sevincimdən ağlamaq istəyirəm”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Bağırov İsmayıl söyləyib.

“Allaha şükür edirəm ki, bu günü görmək nəsibim oldu. Doğulub boya-başa çatdığımız yerlərə getmək gözəl hisslərdir. Əlimdə bir diplomatla kəndimizi tərk edən sonuncu mən olmuşam. Bu günlər bizim həyatımızda unudulmaz anlar kimi xatırlanacaq.

Mən bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”, - deyə o qeyd edib.