18 iyun 2025 10:30
91

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.

“İki sahil” xəbər verir ki, sessiyada Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edəcək.

Plenar sessiyada “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Eyni zamanda tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclaslarının keçirilməsi, təşkilati məsələlərə baxılması gözlənilir.

Bununla bərabər, Bakıda QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.