18 iyun 2025 14:28
71

Qətər XİN: Krallığın əmiri İran prezidentindən məktub alıb

Qətər əmiri İran prezidenti Məsud Pezeşkiandan məktub alıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat xidməti məlumat yayıb.

Qətər tərəfi məktubun məzmununu açıqlamayıb.

Bundan əvvəl Reuters agentliyi mənbəyə istinadla xəbər vermişdi ki, dərhal atəşkəs müqabilində Tehran nüvə proqramı üzrə danışıqlarda çeviklik nümayiş etdirməyə hazırdır.