18 iyun 2025 14:43
89

Rusiya vasitəçi olmağı TƏKLİF EDİR

Moskva İsrail və İran arasında münaqişənin sülh yolu ilə həlli üçün vasitəçi kimi çıxış etməyə hazırdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Oun sözlərinə görə Rusiya regionun bütün ölkələri ilə əlaqə saxlayır:  "Biz vasitəçi kimi qoşulduqda, həqiqətən də, siyasi və diplomatik yollarla nəticələr əldə etməyə diqqət yetiririk."

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, İsrail və İran arasında münaqişədə diplomatiyadan istifadə etmək imkanı qalmaqdadır.