Amerika komandanlığı ötən gecə ərzində yanacaq dolduran təyyarələri və “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarələrini Avropa bazalarına yerləşdirib.
“İki sahil” xəbər verir ki, “Associated Press” agentliyi bu barədə Yaxın Şərq üzrə məlumat toplayan “Aurora Intel” portalına istinadla açıqlama yayıb.
Məlumata görə, təyyarələr Şotlandiyanın Prestvik və İtaliyanın şimal-şərqindəki Aviano bazalarında dislokasiya olunub. Avropaya yerləşdirilən təyyarələrin sayı açıqlanmır.
Birləşmiş Ştatlar dünən İtaliyadan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığındakı “Şahzadə Sultan” aviabazasına onlarla F-16 döyüş təyyarəsi də göndərib.
Qeyd edək ki, ABŞ İran-İsrail münaqişənin kəskinləşməsi fonunda Yaxın Şərqə əlavə hərbi təyyarələr və hərbi gəmilər cəmləyir.