Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 209,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
5 ay ərzində muxtar respublikanın sənaye sektorunda 171,1 milyon manatlıq mal istehsal olunub, 36,4 milyon manatlıq xidmət göstərilib.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 78,4 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir