Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Qonaqlara Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılar, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə bağlı məlumat verilib.