19 iyun 2025 12:06
113

Azərbaycan I rübdə 1,5 milyard dollar birbaşa xarici investisiya cəlb edib

Bu ilin I rübündə Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 1,5 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ölkəyə yatırılan investisiyalarda top 5-də Birləşmiş Krallıq (405,8 milyon ABŞ dolları), Türkiyə (300,9 milyon ABŞ dolları), Cənubi Kipr (181 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 100,4 milyon ABŞ dolları) və İran (90,1 milyon ABŞ dolları) qərarlaşıb.

"Hesabat dövründə Azərbaycan xaricə 615 milyon ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan isə ilk sıralarda Türkiyə (92,6 milyon ABŞ dolları), Böyük Britaniya (27,8 milyon ABŞ dolları), İspaniya (20,9 milyon dollar) və Rusiya (18,4 milyon dollar) qərarlaşıb", - deyə AMB rəsmisi əlavə edib.