19 iyun 2025 12:23
112

“Fənərbağça” "Real Madrid"in futbolçusu ilə razılıq əldə edib

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Lukas Vaskes karyerasını Türkiyədə davam etdirəcək.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi “Fənərbağça” ilə razılıq əldə edib.

O, klublararası dünya çempionatından sonra La Liqa təmsilçisini tərk edəcək. Türkiyə klubu oyunçunu transfer haqqı ödəmədən heyətinə qatacaq.

Qeyd edək ki, Lukas Vaskes 18 ildir Madrid klubunun formasını geyinir.