19 iyun 2025 17:41
118

Durovun 14 gün müddətinə Fransanı tərk etməsinə icazə veriləcək - "Le Monde"

Paris Apellyasiya Məhkəməsi Telegram-ın həmtəsisçisi Pavel Durova qohumlarının yaşadığı və şirkətin ofislərinin yerləşdiyi Dubaya getmək üçün iyulun 10-dan maksimum 14 gün müddətinə Fransanı tərk etməyə icazə verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Le Monde" məlumat yayıb.

“O, həm də getməsi barədə müstəntiqə əvvəlcədən məlumat verməli olacaq”, – deyə, məqalədə deyilir.

Nəşrin qeyd etdiyi kimi, Durov iyunun 3-də məhkəmə nəzarətinin ləğvi barədə vəsatət qaldırıb.