19 iyun 2025 21:17
108

ABŞ-də "TikTok"un bloklanması 90 gün təxirə salınıb

ABŞ Prezidenti Donald Tramp ölkədə "TikTok" sosial şəbəkəsinin bloklanmasını 90 gün, yəni sentyabrın 17-dək uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən indicə TikTok-un bağlanmasının 90 gün (17 sentyabr 2025-ci ilə qədər) uzadılması ilə bağlı sərəncam imzaladım”, - Tramp qeyd edib.