19 iyun 2025 23:07
84

Bir milyona yaxın qanunsuz miqrant ABŞ-ı tərk edib

Prezident Donald Trampın bu ilin əvvəlində qanunsuz miqrasiyaya qarşı mübarizəyə başlamasından sonra ABŞ-da 1 milyona yaxın əcnəbi ölkəni tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Miqrasiya Araşdırmaları Mərkəzi” müstəqil tədqiqat təşkilatı məlumat yayıb.

“2025-ci ilin yanvar-may ayları ərzində işləyən və işləməyən əcnəbilərin ümumi sayı 957 min nəfər azalıb. 2025-ci ilin may ayına olan məlumata görə, ABŞ-da 14,8 milyon qanunsuz miqrant yaşayır ki, bu da yanvar ayı ilə müqayisədə 1 milyon azdır. Trampın prezident seçkisində qələbə çalmasından və miqrantların ölkədən çıxarılması üçün hüquq-mühafizə orqanlarının səylərinin artırılmasından sonra ABŞ vətəndaşlığı olmayan əcnəbilər ölkəni tərk edir”, - məlumatda deyilib.