Moskva ətrafında hava hücumundan müdafiə sistemlərinin effektivliyi 99,9% təşkil edir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.
O, qeyd edib ki, hava hücumundan müdafiənin effektivliyinin şərti əmsalından danışsaq, beynəlxalq standarta görə, hədəflərin 80% -nin məhv edilməsi "üst sinifdir".
“Moskvaya doğru buraxılışların sayına və vurulan pilotsuz təyyarələrin sayına əsasən, Moskva ətrafındakı hava hücumundan müdafiə sistemlərinin ilk cərgələrdəki effektivliyi 99,9% təşkil edir”, - deyə o, bildirib.