20 iyun 2025 15:53
122

Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 1 milyard dollara qədər artırmağı planlaşdırır

Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 1 milyard dollara qədər artırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan- Özbəkistan regionlararası forumda çıxışında deyib.

Nazirin sözlərinə görə, bu gün keçirilən görüşdə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov 2030-cu ilə qədər ABŞ dolları ilə müəyyən həcmdə ticarət dövriyyəsinə nail olunmasını hədəf kimi müəyyənləşdirməyi təklif edib. Bu təklif dəstəklənib.

“Cari ilin ilk beş ayı ərzində ikitərəfli ticarət dövriyyəsinin həcmi 200 milyon ABŞ dollarını ötüb. Müqayisə üçün qeyd edim ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur”, - deyə M.Cabbarov bildirib.

Nazirin sözlərinə görə, ticarət dövriyyəsinin hər il 30 faiz və daha artıq artım tempilə inkişaf etməsi tamamilə real görünür.

M.Cabbarov qeyd edib ki, bu təklifin uğurla həyata keçirilməsi təkcə ticarət sahəsində deyil, həm də birgə investisiya və sənaye layihələri çərçivəsində ikitərəfli əməkdaşlığın dolğunluq səviyyəsindən asılı olacaq.