20 iyun 2025 17:58
108

AFFA rəsmiləri FIFA-nın sammitinə qatılıblar

AFFA rəsmiləri ABŞ-nin Mayami şəhərində keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıblar.

“İki sahil” qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.

Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.