20 iyun 2025 20:21
103

"Qarabağ"ın yeni transferi

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.