21 iyun 2025 18:12
198

"Yaşıl iqtisadiyyatda-yaşıl enerji" layihəsi çərçivəsində Forum keçirilib

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,Abşeron rayon İcra Hakimiyyəti, "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək"i/b birgə təşkilatçılığı ilə layihə çərçivəsində 20 iyun 2020-ci il tarixdə Abşeron rayon Heydər Əliyev Mərkəzində "Yaşıl İqtisadiyyatda-Yaşıl Enerji"adlı 70 iri,60 kiçik ,orta sahibkar və peşə məktəbinin tələbələrinin qatıldığı "Sahibkarlar Forumu"baş tutmuşdur.

Forum foyedə inklüziv cəmiyyətə inteqrasiya məqsədilə istedadlı uşaqların rəsmlərindən ibarət sərgi, ekologiyanın mühafizəsi məqsədilə tullantılardan hazırlanmış əl işləri,milli rəqslər və daun sindromlu rəssam və rəqqasə Pərvanə Hüseynlinin rəqsi xüsusi maraqla iştirakçılar tərəfindən izlənildi.Forumda iştirakçılara Abşeronun simvolu olan "Zeytun budağı" əks olunmuş hədiyyə,eko çanta və hazırlanmış kitabça təqdim edildi.