22 iyun 2025 14:36
180

Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanı verirlər - YENİLƏNİB

İyunun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.

DİM-dən“İki sahil”ə bildirilib ki, bu imtahanda iştirak etmək üçün 1141 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla, iki növbədə təşkil edilir.

İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

***

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün 1 141 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 77 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.