22 iyun 2025 10:46
139

Qvardiola: 27 oyunçuya ehtiyac yoxdur

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni mövsüm başlamazdan əvvəl heyətdə ixtisar etmək istədiyini bildirib.

“İki sahil” xəbər verir ki, o, ötən gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

"İndiki oyunçuları bütün mövsüm boyu saxlamaqdan məmnun olardım. Futbolçulardan, onların davranış tərzindən şikayətim yoxdur. Amma ehtiyatda bir mövqedə çıxış edən altı və ya yeddi oyunçuya ehtiyac da duymuruq. Problem ondadır ki, mövsüm ərzində şans qazanmadıqca çox məyus olacaqlar. Mən bunu istəmirəm" - deyə baş məşqçi bildirib.

Qvardiola komandada futbolçu sayının çox olduğunu deyib. O, bəzi oyunçuların göndəriləcəyini də vurğulayıb: "İndi bizim çox böyük heyətimiz var. Bu mövsüm 26 və ya 27 oyunçuya ehtiyac yoxdur, bəziləri gedəcək”, 

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının son mövsümünün yekununda 71 xalla 3-cü yeri tutub.