22 iyun 2025 11:20
141

Klublararası dünya çempionatında daha iki oyun keçirilib

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında daha iki oyun keçirilib.

“İki sahil” xəbər verir ki, E qrupunda Argentinanın "River Pleyt" və Meksikanın "Monterrey" komandaları arasında baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

F qrupunda isə Braziliyanın "Fluminense" klubu Cənubi Koreyanın "Ulsan" komandasını 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.