İngiltərənin "Mançester Yunayted" futbol klubunun qapıçısı Andre Onana komandada qalmaq istəyir.
“İki sahil” "The Guardian"a istinadən xəbər verir ki, kamerunlu qolkiper Fransa təmsilçisi "Monako"dan gələn təklifə baxmayaraq "qırmızı şeytanlar"dan ayrılmaq niyyətində deyil.
O, Premyer Liqa kollektivinin start heyətində yer almaq üçün mübarizə aparmağı düşünür.
Xatırladaq ki, Onana ötən mövsüm "Mançester Yunayted"in heyətində 50 oyun keçirib, 65 qol buraxıb və 11 matçda qapısının toxunulmazlığını qoruyub.
"Transfermarkt" portalı "əlcək sahibi"nin dəyərini 25 milyon avro qiymətləndirir.