22 iyun 2025 17:34
142

"Liverpul"dan "Bayer"ə

Leverkuzen “Bayer”i “Liverpul”un mərkəz müdafiəçisi Carrell Kuansa ilə anlaşıb. 

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Almaniya təmsilçisi 22 yaşlı oyunçunn transferi üçün 30 milyon + 5 milyon funt sterlinq ödəyəcək. Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq. 

Bildirilir ki, "Liverpul" tərəfi razılaşmaya gerialma bəndini də əlavə edib.

Qeyd edək ki, Carrel Kuansa başa çatan mövsümdə “Liverpul”un heyətində 25 oyuna çıxıb. Onun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.