23 iyun 2025 01:01
108

Traktorun qoşqusuna yığılan 2,5 ton ot yanıb

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində "BELARUS" markalı traktorun qoşqusuna yığılan 2,5 ton ot bağlaması yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.