İtaliyanın “Milan” klubu ispaniyalı hücumçu Alvaro Moratanın transferi ilə bağlı “Komo” klubu ilə danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə “Milan News” məlumat yayıb.
“Rossoneri” Moratanın satışından 15–18 milyon avro gəlir əldə etməyi planlaşdırır. Lakin əvvəlcə Moratanın 2024-cü ilin qışından bəri icarə əsasında çıxış etdiyi “Qalatasaray”la olan müqaviləsi ləğv edilməlidir.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2024/25 mövsümündə A Seriyasında 16, Türkiyə Super Liqasında isə 12 oyunda iştirak edib və ümumilikdə 11 qol vurub.