25 iyun 2025 12:53
158

Samara, Ulyanovsk, Tambov və Kazan hava limanlarına məhdudiyyətlər tətbiq edilib - PUA təhlükəsi var

Rusiyanın Samara şəhərindəki Kurumoç, Ulyanovskdakı Baratayevka və Tambovdakı Donskoye hava limanları, eləcə də Kazan hava gəmilərinin giriş-çıxışını müvəqqəti məhdudlaşdırıb.

“İki sahil” xəbər verir ki,  "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Teleqram kanalında məlumat verib.

Oxşar tədbirlər daha əvvəl Penza hava limanında tətbiq edilmişdi.

Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri regionlar üzərində 18 pilotsuz uçan aparatı vurub. Hücum edilən bölgələr arasında Rostov, Kursk, Bryansk olub.

Gecə saatlarında Krım və Krasnodar diyarına da hücum edilib. Səhər saat 7-dən etibarən Voronej vilayəti üzərində daha dörd PUA vurulub.