"Çelsi"nin futbolçusu Joau Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “talkSPORT” nəşri məlumat yayıb.
Portuqaliyalı hücumçuya Pro-Liqanın debütantı “Neom” klubu maraq göstərir. Həmçinin "Əl-Nəsr" də Feliksin transferini nəzərdən keçirir. Lakin bu, yalnız "Liverpul"un hücumçusu Luis Diası transfer edə bilmədikləri təqdirdə baş verəcək. Dias Səudiyyə Ərəbistanı klubunun əsas hədəfidir.
Qeyd edək ki, 25 yaşlı Feliks ötən mövsümün ikinci yarısını "Milan"da icarədə keçirib. O, İtaliya A Seriyasında keçirdiyi 21 matçda 3 qol vurub, 1 qolun ötürməsini edib.