30 iyun 2025 22:39
129

Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs edilib

Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğını baş verib, onlardan 1 507-si nəzarət altına alınıb.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika çalışır:

“Müxtəlif əyalətlərdə baş verən yanğınların bəziləri nəzarət altına alınıb. Doqquz yanğın hələ də davam edir və onunla mübarizə aparılır. Biz yaranmış vəziyyətlə mübarizə aparmaq üçün 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından istifadə edirik. Təxminən 6 000 su maşını, nəqliyyat vasitəsi və təcili yardım maşını cəlb olunub. Həmçinin yanğınlarda 25 min qəhrəmanımız çalışır. Təyyarələrimiz və helikopterlərimiz ümumilikdə 10 260 uçuş həyata keçirib, 33 200 ton su buraxıb”.

Ərdoğan əlavə edib ki, yanğın törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.