Çexiyanın hazırkı rəhbərliyi bu ilin oktyabrına təyin edilmiş parlament seçkilərindən sonra Ukraynaya əlavə silah tədarükünə zəmanət verə bilməz.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, bunu Çexiya lideri Petr Pavel deyib.
“Mən bu və ya digər formada növbəti hökumətin tərkibində olacaq parlament partiyalarının bütün liderləri ilə bu məsələləri müzakirə edirəm”, - deyə siyasətçi qeyd edib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın Ukraynaya silah tədarükünü məhdudlaşdırmasının Avropaya Kiyevə tədarükün artırılmasının zəruriliyi barədə siqnal olduğunu bildirmişdi.