04 iyul 2025 10:57
116

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər xəsarət alıb

Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, “Flixbus” şirkətinə məxsus nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Kopenhagen-Vyana istiqamətində hərəkət edən avtobusda 53 sərnişin və iki sürücü olub.