05 iyul 2025 11:37
112

Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib

Qazaxıstan xarici işlər nazirinin (XİN) müavini Roman Vasilenko Avropa İttifaqı (Aİ) və NATO yanında Qazaxıstan Respublikasının Nümayəndəliyinin rəhbəri təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

R.Vasilenko, həmçinin Qazaxıstanın Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.

Daha əvvəl bu vəzifələri Baymuxan Marqulan Bakıtulı tutub. O, dövlət başçısının fərmanı ilə tutduğu vəzifələrdən azad edilib.