06 iyul 2025 09:37
144

Livan İsraillə sərhəddə qoşunlarının şəxsi heyətinin sayını 10 min nəfərədək artıracaq

İsrail nəzarəti altında qalan 5 bölgədən qoşunlarını çıxaran kimi Livanın cənub sərhədindəki qoşunların şəxsi heyətinin sayı 10 minə çatdırılacaq.

“İki sahil” xəbər verir ki, bunu respublika prezidenti general Cozef Aun Baabda sarayında Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşündə bildirib.

"Ölkənin cənubunda Livan Ordusu və BMT-nin sülhməramlı kontingentindən başqa heç bir silahlı qüvvə olmayacaq. Litani çayının cənubunda qoşunlarımızın şəxsi heyətinin sayı 10 min nəfərə çatdırılacaq", - o deyib.

Prezident vurğulayıb ki, o, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin 2025-ci il avqustun 31-də başa çatan mandatının uzadılmasında Londonun dəstəyinə ümid edir: “Mövcud vəziyyət tələb edir ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi tam icra olunana qədər sülhməramlı qüvvələr regionda qalsınlar”.

Qısa səfərlə Beyruta gələn nazir Lemmi də öz növbəsində Britaniya-Livan əlaqələrinin möhkəmliyinə işarə edərək, ölkəsinin Livana bütün, xüsusilə də hərbi sahədə kömək göstərəcəyini vəd edib.

Bizim Telegram kanalımıza abunə