08 iyul 2025 08:21
118

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ-ın Texas ştatının altı dairəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Ağ ev bir gün əvvəl 91 nəfərin öldüyünü bildirmişdi.

Daşqınlardan daha çox ştatın Hill qraflığının Kerr dairəsi ziyan çəkib. Burada fəlakət nəticəsində ölənlərin sayı 84 nəfər olub.

Hazırda xilasedicilər onlarla itkin düşmüş şəxsin axtarışlarını davam etdirir. Axtarışlara 1700-dən çox şəxsi heyət və 1000-ə yaxın texnika cəlb olunub.