Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında ən tez zamanda sülh müqaviləsinin bağlanacağına ümid edir.
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Şurası prezidenti Antoniu Koşta ilə birgə Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi üçtərəfli görüşdə deyib.
“Azərbaycanda sülh müqaviləsinin layihəsi on illiklərlə sürən düşmənliyə son qoyacaq həlledici bir andır və mən onun ən tez bir zamanda imzalanacağına ümid bəsləyirəm”, - deyə fon der Lyayen bildirib.