14 iyul 2025 16:02
161

COVID-19 dərdi bitmir ki, bitmir...

Pfizer və BioNTech şirkətləri Comirnaty peyvəndinin Modernanın mRNA patentini pozduğuna dair Britaniya məhkəməsinin qərarına etiraz ediblər. Artıq bir ildən çoxdur ki, hüquqi mübarizə gedir.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.

Şikayət iyulun 10-da London məhkəməsinə verilib. Pfizer və BioNTech, Modernanın iki əsas mRNA inkişafından birinin etibarlı olması və onun Comirnaty peyvəndində istifadəsinin müstəsna hüquqların pozulması olduğuna dair Ali Məhkəmənin qərarını ləğv etməyə çalışır.

Əvvəlki qərara əsasən, Moderna 2022-ci ilin martından sonra həyata keçirdiyi Comirnaty satışlarına görə kompensasiya almaq hüququna malikdir. Dəymiş ziyanın dəqiq məbləğləri hələ müəyyən edilməyib.

mRNA texnologiyası əksər COVID-19 peyvəndlərinin əsasını təşkil edir. Moderna, Pfizer və BioNTech əvvəllər müvəqqəti lisenziya müqavilələri bağlamışdılar, lakin pandemiya müqavilələri başa çatdıqdan sonra Böyük Britaniya, Almaniya və ABŞ da daxil olmaqla bir neçə ölkədə patent mübahisələri başlayıb.