15 iyul 2025 23:39
161

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib

İyulun 15-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələni müzakirə edib.

“İki sahil” xəbər verir ki, Aİ Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər.

Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu”nun demokratiyaya hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq.

Aİ Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.